• cümə, 26 Aprel, 15:56
  • Baku Bakı 23°C

Rusiya Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcək - Putin

18.02.15 05:15 804
Rusiya Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcək - Putin
Rusiya digər layihələrin gündəmə gələcəyi təqdirdə belə Türkiyə ilə “Türk axını” qaz borusu layihəsi üzrə əməkdaşlıqdan imtina etməyəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcəyik. Tək ona görə yox ki, bu ədəbsizlik olardı - biz türkiyəli dostlarımızla müqavilə bağlamışıq və indi “Avropa bizə nə isə başqa bir şey təklif edir” deyərək imtina etməyimiz, özümüzü axmaq vəziyyətə salmaq deməkdir. Bu gün Avropa Komissiyası imtina edib, sabah razılaşacaq, sonra da yenə imtina edəcək. Bu səbəbdən də biz əvvəlki illər olduğu kimi ciddi uzunmüddətli tətəfdaşlığa çağırırıq”, deyə Putin Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, Rusiya həmişə çox etibarlı tərəfdaş olub, gələcəkdə belə olacaq.
banner

Oxşar Xəbərlər