AZE | RUS | ENG |

Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb

Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb
Rusiyanın "Rossiya-24” telekanalında Qəbələdə keçirilən 10-cu beynəlxalq musiqi festivalına həsr olunmuş reportaj təqdim olunub.

Trend-in məlumatına görə, telekanalın saytında "Qəbələdə onuncu musiqi festivalı: musiqi sərhədləri və məsafələri silir” adlı reportaj yerləşdirilib.

Reportajda qeyd olunur ki, Qəbələdə artıq bir neçə gündür ki, Kuba salsası, İspaniya flamenkosu, Gürcüstan cazı və klassik musiqi səslənir. Eyni səhnədə gənc qruplarla yanaşı adlı-sanlı musiqiçilər çıxış edir: "Artıq onuncu ildir ki, bütün dünyadan olan musiqiçilər, adlı-sanlı xadimlər və gənc kollektivlər, instrumentalçılar və vokalçılar, dirijorlar Azərbaycanın bu dağlıq kurortunu böyük bir konsert zalına çevirir".

Bundan başqa, reportajda qeyd olunur ki, hər çıxışdan əvvəl bəstəkarlar və onların əsərləri barədə kiçik mühazirələr keçirilir. Festival kommersiya xarakteri daşımır, ona görə də bütün konsertlərə giriş pulsuzdur.

Qeyd edək ki, Heydər Əliyev Fondu və "Gilan Holdinq" tərəfindən təşkil olunan onuncu Qəbələ beynəlxalq musiqi festivalı iyulun 30-dan avqustun 7-ə kimi keçirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000