• cümə axşamı, 25 aprel, 05:52
  • Baku Bakı 19°C

Rusiya Solsberi üzrə BMT TŞ-nin iclasını çağıra bilər

19.04.18 10:20 625
Rusiya Solsberi üzrə BMT TŞ-nin iclasını çağıra bilər
Əgər Böyük Britaniya Solsberi üzrə istintaqın gedişi barədə yeni məlumatlar verməsə Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağıra bilər.
Trend-in məlumatına görə, bunu Rusisyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
V.Nebenzya bildirib ki, Rusiya bundan sonra da faktlar tələb edəcək.
Qeyd edək ki, Böyük Britaniya və Rusiya münasibətləri martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra kəskin pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.
banner

Oxşar Xəbərlər