• cümə, 26 Aprel, 06:59
  • Baku Bakı 12°C

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı görüşəcək

21.03.18 16:13 312
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı görüşəcək
Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov vəNATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığıNATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının təşəbbüsü ilə baş tutub. K. Skaparotti V. Gerasimova görüş keçirməyi təklif edib. V. Gerasimov görüş keçirilməsi barədə təklifi dəstəkləyib.

Rusiya Müdafiə Nazirliyi V. Gerasimov və K. Skaparotti arasında görüşün konkret nə zaman və harada keçirilməsi barədə razılığa gəlindiyini açıqlamayıb.

Qeyd edək ki, bu ilin yanvarında ABŞ-ın "BuzzFeed" saytı ABŞ vəAvropa İttifaqındakı anonim mənbələrə istinadənNATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, keçən il sentyabrın 7-də NATOHərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V. Gerasimov arasında Bakıda görüş keçirilib.
banner

Oxşar Xəbərlər