• şənbə, 20 Aprel, 00:12
  • Baku Bakı 15°C

Rusiya səfirliyi: “Məktub diqqətlə nəzərdən keçiriləcək“

25.07.14 17:07 1074
Rusiya səfirliyi: “Məktub diqqətlə nəzərdən keçiriləcək“
Səfirlik Kəlbəcərdə ermənilərin əsir götürdükləri azərbaycanlıların yaxınları tərəfindən məktubun daxil olduğunu təsdiqləyib
Rusiyanın Azərbaycandakı səfirliyi işğal altında olan Kəlbəcər rayonunda ermənilərin əsir götürdükləri Dilqam Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib.
Rusiyanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.
“Doğrudan da, səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək”, - deyə səfirlikdən bildiriblər.
Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A.Veselovaya bütün lazımi izahatlar verilib.
banner

Oxşar Xəbərlər