• cümə axşamı, 18 aprel, 09:01
  • Baku Bakı 12°C

Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib

05.12.18 15:00 657
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
Moskvada, Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Tahir Salahovu yubileyi münasibətilə təbrik edərək deyib: "Böyük həmyerlimiz Tahir Salahovu yubileyi münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. Mənim fikrimcə, bizim dövrdə 90 il yaşamaq və həyat eşqi ilə dolu, cəmiyyətə, öz ailəsinə, dostlarına faydalı olmaq böyük hünərdir”.
AZƏRTACxəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasında rəssamın yubiley gecəsində çıxış edən səfir Tahir Salahovun doğum gününün Azərbaycanda böyük bayram olduğunu qeyd edib. "Bizim möhtərəm Prezident İlham Əliyev Tahir Teymur oğlunun ölkəmizin bütün dövlət təltiflərinə layiq görüldüyünü vurğulayıb. Azərbaycanda yeni dövlət təltifi – "Əmək” ordeni təsis olunub. Tahir Teymur oğlu da bu ordenin birinci dərəcəsi ilə təltif edilib. Noyabrın 29-da Prezident İlham Əliyev yubilyara zəng vurub və onunla xeyli söhbət edib”, - deyən səfir daha sonra əlavə edib ki, böyük ustadın yaradıcılığı hər hansı orden, medal və təltiflərdən daha parlaqdır.
P.Bülbüloğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Tahir Salahova təbrikini oxuyub.
Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin yubilyara təbrik məktubunu oxuyub. Tahir Salahovun canlı klassik olduğunu qeyd edən O.Qolodets daha sonra deyib: "Biz hamımız Sizin əsərlərinizlə tanışıq və onları sevirik. 2016-cı ildə Tretyakov Qalereyasında Sizin sərginiz keçirildi. Sizin işləriniz Tretyakov Qalereyasında daim nümayiş etdirilir və bütün dünyada yüksək qiymətləndirilir. Sizə uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli yubilyara I dərəcəli "İncəsənətə xidmətə görə” ordenini təqdim edib.
Tahir Salahovun qızı, rəngkar və heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Aydan Salahova jurnalistlərə müsahibəsində qeyd edib ki, Tahir Salahov istedadlı rəssamların bütöv bir nəslini yetişdirib. A.Salahova deyib: "Yubiley günündə Tahir Salahovun Vyetnam, Əlcəzair, Meksika, Hollandiya və digər ölkələrdən olan şagirdlərindən minnətdarlıq sözləri səslənib. O, bizə rəsm sənətinin, rəngkarlığın sirlərini, lakonikliyi öyrətməklə bərabər, həm də həyat məktəbi, həyat dərsi keçib – incəsənətə üstünlük verməyi və bu istiqamətdə irəliləməyi öyrədib”
banner

Oxşar Xəbərlər