• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

Rusiya Qarabağda hansı anlayış çərçivəsində yer alırsa, Türkiyə də elə yer alacaq - Ərdoğan

11.11.20 19:35 393
Rusiya Qarabağda hansı anlayış çərçivəsində yer alırsa, Türkiyə də elə yer alacaq - Ərdoğan
Dağlıq Qarabağ bölgəsində Rusiya hansı anlayış çərçivəsində yer alırsa, bizim də müşahidə və yoxlama missiyamız eyni anlayış çərçivəsində yer alacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda bununla əlaqədar danışıqlar gedir:
"Hazırda Rusiya orada müəyyən nöqtələrə yerləşməyə başlayıb. Danışıqlar xarici işlər nazirlərimiz arasında davam edir, həm də Rusiyadan nümayəndə heyəti səfər edir, burada da danışıqlar aparılacaq".
banner

Oxşar Xəbərlər