AZE | RUS | ENG |

Rusiya prezidentinin Azərbaycana səfərinin detalları açıqlanıb

Rusiya prezidentinin Azərbaycana səfərinin detalları açıqlanıb
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq.

Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib.

Agentlik qeyd edir ki, Vladimir Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.

"İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Həmçinin söhbət ölkələrimizin nəqliyyat infrastrukturunun fəal istifadəsindən gedir".

Umaxanov həmçinin qeyd edib ki, Konvensiya eyni zamanda siyasi əlaqələrin möhkəmləsi üçün bünövrədir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 25-nə planlaşdırılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191