• cümə axşamı, 28 mart, 17:23
  • Baku Bakı 16°C

Rusiya Prezidenti müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

01.08.20 12:45 724
Rusiya Prezidenti müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
AZƏRTACxəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarına təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, Qurban bayramı müqəddəs "Qurani-Kərim”in əsasını təşkil edən doğruluq, ədalət və mərhəmət, doğmalara və yaxınlara sevgi kimi yüksək mənəvi ideallara sədaqət rəmzidir.
Rusiya Prezidenti vurğulayıb: "Qeyd etməliyəm ki, çoxəsrlik islam ənənələrinə sadiq qalan müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunub saxlanmasına sanballı töhfə verir, cəmiyyətdə millətlərarası həmrəyliyin möhkəmlədilməsinə imkan yaradırlar”.
banner

Oxşar Xəbərlər