• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

Rusiya Prezidenti Moskvaya gələn Ermənistanın Xarici İşlər naziri ilə görüşməyi planlaşdırmır

08.10.20 15:20 623
Rusiya Prezidenti Moskvaya gələn Ermənistanın Xarici İşlər naziri ilə görüşməyi planlaşdırmır
Rusiya Prezidenti Vladimir Putin Moskvaya gələn Ermənistanın Xarici İşlər naziri ilə görüşməyi planlaşdırmır.
AZƏRTACxəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, RF Xarici İşlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zoqrab Mnatsakyan ilə danışıqlar aparacaq.
D.Peskov onu da qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü planlaşdırılmır.

banner

Oxşar Xəbərlər