• cümə, 19 Aprel, 09:42
  • Baku Bakı 13°C

Rusiya Prezidenti: MDB-nin informasiya məkanı açıq olmalıdır

13.06.19 14:22 427
Rusiya Prezidenti: MDB-nin informasiya məkanı açıq olmalıdır
Rusiya Prezidenti Vladimir Putinin fikrincə, MDB-nin ümumi informasiya məkanı açıq olmalı, burada məhdudiyyətlər minimuma endirilməlidir.
AZƏRTACxəbər verir ki, V.Putin bu fikri "Mir” teleradio şirkətinə müsahibəsində söyləyib.
Rusiya dövlətinin başçısının fikrincə, MDB-nin informasiya məkanı açıq olmalıdır. "Burada müxtəlif məhdudiyyətlərin sayı minimuma endirilməlidir. Mövcud məhdudiyyətlər yalnız təhlükəsizlik mülahizələri, mənəviyyatın, əxlaqın hamılıqla qəbul edilmiş elementləri ilə bağlı olmalıdır”, - deyən Prezident daha sonra vurğulayıb: "Bütövlükdə, bu informasiya məkanı maksimum dərəcədə açıq olmalıdır ki, bütün informasiya mənbələri qorunsun, onlara hörmət bəslənilsin və onlar səmərəli şəkildə işləyə bilsinlər. Onlar nə qədər az siyasiləşdirilsə, bir o qədər yaxşıdır”.
Onun sözlərinə görə, informasiya yayılmasının azadlığı onu yayanların maraqlarına deyil, bu informasiyadan istifadə edən vətəndaşların mənafelərinə xidmət edir.
RF Prezidenti deyib: "Çox ümid edirəm ki, materialın təqdimatı maraqlı və məzmunlu olacaq, ölkələrimizin bütün vətəndaşları bu materiallardan istifadə edərək bir-birini daha yaxşı anlaya, qonşularda baş verən hadisələri hiss edə, bizim dövlətlərdə tətbiq olunan ən yaxşı praktikaları özlərində tətbiq edə biləcəklər”.
banner

Oxşar Xəbərlər