• çərşənbə axşamı, 23 aprel, 22:35
  • Baku Bakı 20°C

Rusiya prezidenti: “Əl-Qaidə” ABŞ-ın fəaliyyətinin nəticəsidir”

13.06.17 09:40 1079
Rusiya prezidenti: “Əl-Qaidə” ABŞ-ın fəaliyyətinin nəticəsidir”
"Əl-Qaidə” terror qruplaşmasını ABŞ yetişdirib, boya-başa çatdırıb və buna görə məsuliyyətini dərk etməlidir”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidentiVladimir Putinbəyan edib.
"Əl-Qaidə” bizim yox, ABŞ-ın fəaliyyətinin nəticəsidir. Bu, Sovet ordusunun Əfqanıstan ərazisində olduğu zaman başlayıb. O zaman ABŞ xüsusi xidmət orqanları Sovet ordusu ilə mübarizədə müxtəlif radikal dini cərəyanlara dəstək verirdilər. "Əl-Qaidə” və Ben Ladeni məhz ABŞ yetişdirib. Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”, deyə V.Putin bildirib.Putin həmçinin ABŞ-ı vaxtilə Çeçenistanda terrorçulara siyasi və maliyyə dəstəyi verməkdə günahlandırıb.
Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı "Putinin müsahibəsi” adlı sənədli film bugünlərdə ABŞ-ın "Showtime” telekanalında nümayiş olunur.
banner

Oxşar Xəbərlər