• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

Rusiya Prezidenti əhalinin real gəlirlərinin artım tempindən narahatlığını ifadə edib

26.08.19 18:51 3446
Rusiya Prezidenti əhalinin real gəlirlərinin artım tempindən narahatlığını ifadə edib
Rusiya Prezidenti Vladimir Putin iqtisadi sosial-məsələlərlə bağlı keçirdiyi müşavirədə əhalinin real gəlirlərinin artım tempindən narahatlığını ifadə edib.AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, o deyib: Cari ilin ilk yarısında Rusiyada ÜDM-nin həcmi 0,7 faiz, sənaye istehsalı 2, 6 faiz, emal sənayesi isə 2 faiz artıb. Lakin hətta bu fonda və maaşların artımı şəraitində belə əhalinin gəlirlərinin artması arzuolunan səviyyədə deyil”. V.Putin vurğulayıb ki, bu vəziyyət onun narahatlığına səbəb olub.
Rusiyanın dövlət başçısı daha dayanıqlı və dinamik iqtisadi inkişafa nail olmağın zəruriliyini vurğulayıb. Qeyd edib ki, iqtisadiyyatda artım tempi müsbət olsa da, lakin bütövlükdə dinamik inkişaf onu qane etmir. V.Putin diqqətə çatdırıb ki, inflyasiyanın səviyyəsinin 4,5 faiz olması da təqdirəlayiqdir.
Rusiya Prezidenti müşavirə iştirakçılarına əhalinin gəlirlərinin artırılması istiqamətində konkret təkliflər hazırlamağı təklif edib.
banner

Oxşar Xəbərlər