AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya paytaxtında özünütəcrid rejimini pozanlar cərimə olunacaq

Rusiya paytaxtında özünütəcrid rejimini pozanlar cərimə olunacaq

Təfsilat
03 Aprel 2020, 10:45 478
Rusiya paytaxtında yüksək hazırlıq rejiminə riayət etməyənlərə qarşı cərimələr tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyanin bu barədə Fərman imzalayıb. COVID-19 infeksiyasının yayılması ilə mübarizə məqsədilə tətbiq edilən özünütəcrid rejiminin qaydalarına riayət etməyən Moskva sakinlərinə qarşı 4 min rubl (təxminən 87 manat) məbləğində cərimə tətbiq ediləcək. Qaydaları təkrar pozanlar 5 min (təxminən 109 manat) məbləğində cərimə olunacaq.
Eyni zamanda, tabeliyində olan şəxslərin və ya əməkdaşların özünütəcrid rejiminə riayət etməsi üçün şərait yaratmayan vəzifəli şəxslər 30 min rubldan 50 min rubladək (təxminən 656 manatdan 1094 manatadək), hüquqi şəxslər isə 200 mindən 1 milyon rubladək (təxminən 4 min 377 manatdan 21 min 887 manatadək) cərimə olunacaqlar.
Xatırladaq ki, Rusiyada 3548 adam koronavirusa yoluxub, 30 xəstə ölüb.