• cümə axşamı, 25 aprel, 08:43
  • Baku Bakı 14°C

“Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"

19.01.18 09:40 665
“Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"
Rusiya XİN rəhbəriSergey LavrovMoskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə S.Lavrov BMTTəhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib.
"Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür”, - deyə Lavrov qeyd edib.
S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib.
banner

Oxşar Xəbərlər