• şənbə, 20 Aprel, 13:09
  • Baku Bakı 23°C

Rusiya nəşri erməni kilsəsini biabır etdi

04.02.19 19:58 784
Rusiya nəşri erməni kilsəsini biabır etdi
Tarix boyu ermənilərin əsas strateji vasitələrindən birinin din olduğunu sübut etməyə ehtiyac yoxdur. Əsrlər boyu məhz dini mərkəz hesab edilən Eçmiədzində separatizm, "Böyük Ermənistan” xülyasını reallaşdırmaq planları cızılıb. Erməni kilsəsi tək bu çirkin ideyaları yaymaqla yanaşı, əxlaqsızlıq, korrupsiya və s. çirkin əməlləri ilə də tanınıb. Dəfələrə bu mövzuya bir sıra ölkələrin mediasında toxunulub. Bu dəfə Rusiyanın dünyaca məşhur "Lenta.ru” saytı məsələyə geniş yer ayırıb. Materialda erməni keşişləri və din xadimlərinin dəbdəbəli, əxlaqsız həyat tərzinə yer ayırıb. Yazı ermənilərin dünyaya ən çox səpələnən bir xalq olmaları ilə başlayır. Bir sıra məlumatlara görə, ermənilərin dünya boyu ümumi sayının 10-12 milyon olduqları vurğulanıb. Müəllif yazır ki, erməni identikliyinin əsas faktorlarından biri, onları birləşdirmək funksiyasını məhz Erməni Apostol Kilsəsi yerinə yetirib. Uzun illər boyu ermənilərin patriarxı II Qaregin dünya boyu səpələnən müxtəlif vətəndaşlığı, fərqli siyasi baxışları olan ermənilərin nüfuzlu lideri kimi tanınıb. Lakin 2018-ci ildə hər şey dəyişdi – ölkə sakinlərinin böyük bir hissəsi kilsənin rəhbəri Qareginin istefasını tələb etməyə başladılar, dəfələrlə onun avtomobilinin qarşısı kəsildi, Eçmiədzindəki iqamətgahında isə hətta dava da düşdü. Narazılıqlardan başlıca səbəbi də kilsə rəhbərliyinin dəbdəbəli həyat tərzi sürməsi olub. Bu qurumda olanları çox vaxt qohumbazlıqda və dəbdəbəli həyat tərzi sürməkdə ittiham edirlər. Portal konkret misal da çəkir – 49 yepiskopdan 6-sı katalikosun kəndindən olanlardır. İkinci Qaregin 1999-cu ildə katalikos postuna seçilib. 2001-ci ildə özünə dəbdəbəli ad günü keçirməsi ilə tənqidlərə tuş gəlib. 2015-ci ildə beynəlxalq jurnalist tədqiqat mərkəzi (ICIJ) HSBC bankının müştərilərinin siyahısını dərc edib və bəlli olub ki, katalikosun həmin bankdakı hesabında 1,1 mln. dollar var.
Qeyd edilir ki, dəbdəbəli həyat tərzini tək katalikos deyil, ali dini rəhbərliyin digər yüksək xadimləri də sürür. Məsələn, Ararat Yeparxiyasının arxiyepiskopu Navasard 2011-ci ildə xaç atası olduğu uşağın atasından dəyəri 200 min dollar olan Benltey Continental Flying Spur hədiyyə alıb. Jurnalistin bununla bağlı sualına "ay qız, sizin nəyinizə lazım? Nə üçün mənim şəxsi həyatıma müdaxilə edirsiniz?” cavabını verib. Başqa bir qalmaqal isə onun 2007-ci ildə baş nazir olan Serj Sarkisyandan silah hədiyyə alması olub. "Din xadiminin statusunun ona odlu silah gəzdirməyə imkan verirmi” sualı da cavabsız qalıb. Erməni katolik kilsəsinin rəhbəri hazırda dəyəri 600 min dollarlıq avtomobildə gəzir. Onun bahalı Mercedes-Benz S-Class və dağlara çıxmaq üçün Lexus GX460 avtomobilinin olduğu bildirilir. Hətta onun bahalı maşınlara olan məhəbbəti Roma Papası Fransiskin Yerevana səfəri zamanı qalmaqala səbəb olmuşdu. Papa Yerevanın mərkəzində sui-qəsddən qorxmayaraq ağ rəngli Renault Loganda gəzdiyi halda Qaregin onunla görüşə zirehli Mercedes-Benz-lə gəlmişdi.
O ki qaldı katalikosun yaşadığı evə - bununla bağlı informasiya azdır. Sadəcə bildirilir ki, Eçmiədzinin bütün ərazisinə giriş mümkün olsa da, katalikosun yaşadığı sarayın özü qapalıdır. Buranın təmirinə 5 milyon dollar sərf edilib. Məlumata görə, kilsə öz iqamətgahını genişləndirmək üçün torpaq sahəsi seçərkən Ermənistan Milli Elmlər Akademiyasının Dillər İnstitutunun binası uçurulub. Bu da yerevanlıların ciddi etirazlarına səbəb olmuşdu.
Ən önəmlisi odur ki, Erməni Apostol Kilsəsinin qaydalarına görə rahiblər evlənə bilməz, keşişlər isə təkrar evlənməkdən məhrumdurlar. Lakin ölkədə kilsə qalmaqalı qızışan zaman bir neçə adam bəyan etdi ki, keşişlərin keçmiş həyat yoldaşları olublar. Onlardan biri hətta Qareginin keçmiş həyat yoldaşı olduğunu bəyan edib. Hətta Qareginin həyat yoldaşı olduğu və bir neçə yetkinlik yaşına çatan qızının olduğu barədə şayiələr gəzir. 2012-ci ildə bir neçə din xadimi onun nikaha girməmək qaydasını pozduğuna görə impiçment məsələsini qaldırmışdılar. Qareginə yaxınlığı ilə seçilən keşişlərdən biri "Qraparak” qəzetinə bildirmişdi ki, katalikosun qızı aptek sahibidir. Jurnalistlər aptekə daxil olanda qız orada olmayıb. Bundan əlavə, din xadimlərini azyaşlılarla əlaqədə, eynicinsli nikahlarda suçlayırlar. Məsələn, ermənilərin "Shame” nəşri bununla bağlı qalmaqallı məqalə dərc edib. Burada öz cinsi ilə ailə quran din xadimlərinin adları əks olunub. Siyahıda 20-ə yaxın din xadimin adı olub. Onlar idi məbədlərin nümayəndələri, Eçmiədzin muzeyinin direktoru, Vifleyemdəki məbədin abbatı və bir sıra yeparxiyaların rəhbərləri, Rusiya, Braziliya, yunan, Ukrayna, fransız, eləcə də Myanmanın, Sinqapur və Banqladeşin keçmiş din xadimləri olub. Əgər eyni cinsdən olan nikahlar bir sıra ölkələrdə qanunla qadağan olunmursa, azyaşlılara qarşı cinsi zorakılıq qadağandır. Erməni din xadimləri burada da rekord qırırlar. Məsələn, İkinci Qareginin qardaşı Rusiya arxiyepiskopluğunun yepiskopu Ezras (Mrttıç) Nersisyan azyaşlını zorlamaqda ittiham olunur. Hər şey ondan başlayıb ki, facebook istifadəçisi Arçruni Avetisyan öz səhifəsində Mikael adlı erməni mənşəli argentinalının tarixçəsi barədə yazıb. "Bildirilir ki, valideynləri avtoqəzada həlak olublar. Yetim qalan uşağı Eçmiədzindəki ruhani seminariyasına göndəriblər. Burada isə o, Nersisyan tərəfindən seksual zorakılığa məruz qalıb. O zaman Nersisyan Gevorkyan ruhani seminariyasında dərs deyirmiş. Bu materialın dərci böyük qalmaqala səbəb olmuşdu. Jurnalistlərin qalmaqalı ona gətirib çıxardı ki, seminariyanın bir neçə məzunu da bu faktı təsdiq etdilər. Ezras Nersisyan pedofiliyada ittiham olunan yeganə din xadimi deyil. 2015-ci ildə Fransada Qrayr Ezekelyan arxiyepiskop David Saakyanı onu 1990-cı illərdə Qüdsdəki erməni monastırında zorlamaqda ittiham edib. Bununla bağlı cinayət işi açılıb. Bir il sonra iş məhkəməyə göndərilib. Lakin Saakyan iş başa çatmamış vəfat edib”, - deyə məqalədə bildirilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər