Rusiya milyarderlərinin yeni reytinqi açıqlandı

Rusiya milyarderlərinin yeni reytinqi açıqlandı

Təfsilat
18 Aprel 2013, 11:36 876
“APA-Economics”in jurnalın saytına istinadən xəbərinə görə, yubiley reytinqinə ötən il olduğu kimi, yenə də “Metalloinvest”, “Mail.ru Group” və “Meqafon” şirkətlərinin sahibi Əlişir Usmanov başçılıq edir. Onun varidatı bir il ərzində 1,5 mlrd. dollar azalaraq 18,1 mlrd. dollardan 17,6 mlrd. dollara enib.

İkinci yerdə “Alfa-Qrup” konsorsiumunun sahibi və Müşahidə Şurasının sədri Mixail Fridman gəlir. O, son bir ildə sərvətini 3 mlrd. dollar artıraraq 16,5 mlrd. dollara çatdırıb.

İlk üçlüyü varidatını 2012-ci ildən bəri 3 mlrd. dollar artırmağı bacaran “Sibura” və Novoteka” şirkətlərinin rəhbəri Leonid Mixelson tamamlayır – 15,4 mlrd. dollar.

İlk onluqda Viktor Vekselberq («Rusal», 15,1 mlrd. dollar), Vahid Ələkbərov («Lukoyl», 14,8 mlrd. dollar), Andrey Melniçenko («Evroxim», 14,4 mlrd. dollar), Vladimir Potanin («İnterros», «Nornikel», 14,3 mlrd. dollar), Vladimir Lisin (NLMK, 14,1 mlrd. dollar), Gennadi Timçenko (“Gunvor”, 14,1 mlrd. dollar) və Mixail Proxorov (ONEKSİM, 13 mlrd. dollar) da yer alıb.

İki yüz milyarderin yer aldığı siyahıda digər azərbaycanlı iş adamlarının da adlarına rast gəlinir. “Krokus Siti”nin sahibi Araz Ağalarov 5 pillə irəliləyərək 1,8 mlrd. dollarla 56-cı, “Nortqaz”ın sahibi Fərhad Əhmədov 38 pillə irəliləyərək 1,4 mlrd. dollarla 70-ci, “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılov isə 16 pillə geriləyərək 0,75 mlrd. dollarla 137-ci yerdə qərarlaşıb.