• cümə, 26 Aprel, 17:30
  • Baku Bakı 23°C

Rusiya Mərkəzi: ABŞ İŞİD terrorçularının qalıqlarından “Yeni Suriya Ordusu” yaradır

16.12.17 15:15 2191
Rusiya Mərkəzi: ABŞ İŞİD terrorçularının qalıqlarından “Yeni Suriya Ordusu” yaradır
ABŞ hərbi mütəxəssislərinin rəhbərliyi iləSuriyanın Haseka vilayətində yerləşən qaçqın düşərgəsində "YeniSuriya Ordusu” adı altında silahlı qruplaşma yaradılır.

APA-nın "RİANovosti”-yəistinadən verdiyi xəbərə görə,bu barədə Rusiyanın Düşmən Tərəflərin Barışma Mərkəzi məlumat yayıb.

Düşərgəni tərk edən qaçqınlardan biri deyib ki, amerikalı hərbçiləri hazırlıq kursundan sonra həmin silahlı birləşmənin cənubdaSuriyahökumət qoşunları ilə döyüşə başlayacağını bildirib.

Həmin qaçqın düşərgəsi Cisr-eş-Şaddadi şəhərindən 20 km şimal-şərqdə yerləşir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya artıq yarım ildən çoxdur ki, bu qaçqın düşərgəsindən döyüşçülərin hazırlanması üçün "platsdarm” kimi istifadə edir. Hazırda orada Rakka, Deyr-ez-Zor, əl-Bukemal və Fərat çayının şərqindən qaçmış İŞİD və "əl-Nusra” terror təşkilatlarının 750 üzvü var. Silahlı qruplaşmanın əsasını bu ilin oktyabrında ABŞ-ın dəstəyi ilə Rakkadan çıxan 400 terrorçu təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ABŞ-ıSuriyadakı terrorçularıməhv etməyə mane olmaqda günahlandırıb.

banner

Oxşar Xəbərlər