• cümə, 26 Aprel, 06:58
  • Baku Bakı 12°C

Rusiya məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar çıxaracağı gözlənilir

12.05.17 14:00 978
Rusiya məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar çıxaracağı gözlənilir
Bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəlAPA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: "RusiyaƏdliyyə Nazirliyitərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb.
RusiyaƏdliyyə Nazirliyi"İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib".
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, RusiyaƏdliyyə Nazirliyitəşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Azərbaycanda isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
banner

Oxşar Xəbərlər