• cümə, 26 Aprel, 12:07
  • Baku Bakı 23°C

Rusiya istiqamətindən dövlət sərhədi pozuntusunun qarşısı alındı

05.08.13 10:54 1358
Rusiya istiqamətindən dövlət sərhədi pozuntusunun qarşısı alındı
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə,
DSX və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidməti arasında dövlət sərhədinin etibarlı mühafizəsinə dair razılaşmaya əsasən qarşılıqlı məlumat mübadiləsi nəticəsində keçirilmiş birgə sərhəd axtarışı zamanı 30 iyul 2013-cü il tarixdə Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozmuş 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər