Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

Təfsilat
14 Dekabr 2019, 14:22 116
Rusiyanın "Android texnikası” Elmi İstehsalat Birliyi Yaponiyanın GİTAİ start-up şirkəti ilə birgə Ayda müxtəlif işlər görmək üçün robot hazırlamağı nəzərdə tutur.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Yevgeniy Dudorov məlumat verib. 
O, GİTAİ şirkətinin insana bənzər, həm də operatorun hərəkətlərini təkrarlayan robotlar istehsal etdiyini diqqətə çatdırıb.