• çərşənbə axşamı, 19 mart, 07:41
  • Baku Bakı 8°C

Rusiya ilə hökumətlərarası komissiyamızın sədri və tərkibi dəyişib

25.06.18 17:55 555
Rusiya ilə hökumətlərarası komissiyamızın sədri və tərkibi dəyişib
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Komissiyanın sədri və tərkibi dəyişib.

Komissiyanın sədri iqtisadiyyat naziri, Komissiyanın üzvləri energetika nazirinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin, fövqəladə hallar nazirinin, gənclər və idman nazirinin, xarici işlər nazirinin, kənd təsərrüfatı nazirinin, mədəniyyət nazirinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin, səhiyyə nazirinin və təhsil nazirinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri,Dövlət Gömrük Komitəsisədrinin,Diasporla İş üzrə Dövlət Komitəsisədrinin vəDövlət Sərhəd Xidmətirəisinin müavinləri, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, "AzərbaycanHavaYolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin ediliblər.

Xarici İşlər Nazirliyinə Komissiyanın tərkibində edilən dəyişikliklər barədə Rusiyaya tərəfinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının sədri baş nazirin birinci müaviniYaqub Eyyubovolub.
banner

Oxşar Xəbərlər