• cümə axşamı, 25 aprel, 20:05
  • Baku Bakı 21°C

Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək

06.05.21 22:30 575
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək
Moskva ilə Vaşinqton arasındakı münasibətlərin gələcək formatına dair qərarı Rusiya prezidenti Vladimir Putin verməlidir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın "ICTV" telekanalına verdiyi müsahibədə deyib: "Rusiya ilə daha sabit, proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik. Əslində hazırda bu barədə qərar vermək prezident Putinə qalır. O və Rusiya addımları ilə qabaqcadan gözlənilə bilən və sabit əlaqəyə girmək üçün [ABŞ-la] çalışmaq barədə qərar verə bilərlər".
banner

Oxşar Xəbərlər