• şənbə, 20 Aprel, 06:25
  • Baku Bakı 14°C

Rusiya hərbi sənayesinin ADEX-2016-da sərgilənəcək məhsulları açıqlanıb

26.09.16 13:22 797
Rusiya hərbi sənayesinin ADEX-2016-da sərgilənəcək məhsulları açıqlanıb
"Vertolyotı Rossii” holdinqi sabah Bakıda açılacaq ADEX-2016 sərgisində yeni döyüş və mülki helikopterləri təqdim edəcək.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şirkətin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, sərgidə Mi-38 (nəqliyyat-sərnişin variant), Mi-28NE və Ka-52 "Alliqator” helikopterlərinin yeni modelləri nümayiş olunacaq.

Holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib ki, Azərbaycan "Vertolyotı Rossii” holdinqinin vacib tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Azərbaycan hökumətihavanəqliyyatı parkının yenilənməsinə xüsusi diqqət yetirir, daim onu müasir helikopterlərlə yeniləyir.

"Rosoboroneksport” şirkəti isə ADEX-2016-da 300-dən çox hərbi təyinatlı məhsul nümayiş etdirəcək. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, ADEX-2016-da "Tiqr” xüsusi zirehli avtomobil, Be-200 çoxməqsədli patrul amfibiya-təyyarəsi, "Tor-M2KM” zenit-raket kompleksi, T-90S tankı, "Molniya” raket kateri və 1124M layihəli qayıq əleyhinə kiçik gəmi sərgilənəcək.

Bakıda həmçinin tank əleyhinə müasir "Metis-M1” sistemi, yüksək dəqiqliyə malik "Krasnopol-M2” artilleriya kompleksi, "Qran” minaatan kompleksi, "Pansir-S1” zenit-raket kompleksi üçün raketlər və digər silah növləri təqdim olunacaq.
banner

Oxşar Xəbərlər