• cümə axşamı, 18 aprel, 06:54
  • Baku Bakı 12°C

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

11.12.17 14:57 2558
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
Rusiya prezidentiVladimir PutinRusiya hərbi qüvvələrininSuriyadan çıxarılmasına başlanması barədə əmr verib.
APA-nın məlumatına görə, bu barədə bu günSuriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib.
"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyəVladimir Putinçıxışında bildirib.
Putin Rusiya hərbçilərininSuriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçularSuriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".
Qeyd edək ki, RusiyaHavaKosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-danSuriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. 2016-cı ilin martında Rusiya prezidenti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görəHavaKosmik Qüvvələrinin böyük hissəsinin çıxarılması haqqında qərar verib. Bununla belə, RusiyaSuriyahakimiyyətinə silahlı və hərbi texniki yardım göstərməyi dayandırmayıb.
Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər