• cümə axşamı, 18 aprel, 04:20
  • Baku Bakı 15°C

Rusiya hərbçiləri Suriyada terrorçuların mağarada yaratdığı müasir hospital aşkar ediblər

01.03.21 10:00 402
Rusiya hərbçiləri Suriyada terrorçuların mağarada yaratdığı müasir hospital aşkar ediblər
Rusiya Silahlı Qüvvələrinin minaaxtaranları Suriyanın İdlib əyalətində terrorçuların səhra hospitalı yaratdıqları boş mağaranı məhv ediblər. Bildirilir ki, hospitalda hətta ən çətin cərrahi əməliyyatların aparılması üçün şərait olub.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mühəndis qoşunlarının rəisi polkovnik Roman Bessmertnıy jurnalistlərə açıqlama deyib.
Onun sözlərinə görə, bu, rus hərbçilərinin Suriyada olduqları müddətdə gördükləri ən yaxşı təchiz edilmiş hospitallardan biridir.

"Bu mağarada müasir xəstəxana var idi. O, həm ambulator xəstələrin qəbulu üçün, həm də ağır əməliyyatlar üçün tam təchiz edilmişdi. Xəstəxananın avadanlığı şəxsi heyətin 100-dək üzvünün yerləşdirilməsinə imkan verirdi”, - polkovnik Bessmertnıy belə deyib.
banner

Oxşar Xəbərlər