• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar

18.08.19 13:00 7561
Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar
Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləriQorirayonunun səkkizsakinini saxlayıblar.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər"sərhədi” qanunsuz keçməkdətəqsirləndirilirlər.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.
Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkəninXarici İşlər Nazirliyi(XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.
XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanantəxribat və insidentlərtəhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.
banner

Oxşar Xəbərlər