• cümə axşamı, 28 mart, 22:18
  • Baku Bakı 13°C

Rusiya gömrüküçləri Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb

06.04.21 18:00 1142
Rusiya gömrüküçləri Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb
Rusiyada Ural regionunun gömrük əməkdaşları Ermənistana hərbi texnika qaçaqmalçılığının qarşısını alıb.
Trend-in məlumatına görə, adı çəklilməyən şəxs kuryer xidməti vasitəsilə Ermənistana 37 tank stabilizatoru və 30 ehtiyat hissə göndərməyə çalışıb. Bunun üçün onun saxta etibarnamədən istifadə etdiyi məlum olub.
Qeyd olunur ki, həmin məhsullar Rusiya Müdafiə Nazrliyinin Raket-artilleriya baş idarəsinin mülkiyyətidir və onların azad satışı qadağandır.
Qaçaqmalçılıq faktı ilə cinayət işi açılıb. Həmin şəxsi 7 ilədək həbs, eləcə də 1 milyon rubl məbləğində cərimə gözləyir.
banner

Oxşar Xəbərlər