• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

Rusiya futbol üzrə Valentin Qranatkin turnirinin qalibi olub

22.01.17 09:00 1265
Rusiya futbol üzrə Valentin Qranatkin turnirinin qalibi olub
Rusiyanın 18 yaşadək futbolçulardan ibarət yığma komandası Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin finalında Qazaxıstan yığmasını məğlub edib. Görüş 1:0 hesabı ilə başa çatıb.
"Report” xəbər verir ki, oyunda yeganə qolu 27-ci dəqiqədə Nikita Polyakov vurub.
Yarışın bürünc medalını Sankt-Peterburq yığması əldə edib. Komanda üçüncü yer uğrunda görüşdə Yunanıstandan güclü olub (4:2).
banner

Oxşar Xəbərlər