• şənbə, 20 Aprel, 13:09
  • Baku Bakı 23°C

Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

15.04.17 09:45 975
Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər
Avropa Yayım İttifaqı Rusiyanın "Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.
APA-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, "Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: "Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”.
Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın "Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. "Təəssüf ki, "Birinci kanal” rəhbərliyi "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın "Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı "Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.
banner

Oxşar Xəbərlər