• cümə, 26 Aprel, 00:44
  • Baku Bakı 16°C

Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

13.04.17 21:04 1055
Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi
Rusiyanın "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

"Bu gün Avropa Yayım İttifaqından (AYİ) "Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın "Eurovision-2017” mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı "Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.
banner

Oxşar Xəbərlər