• çərşənbə axşamı, 19 mart, 12:15
  • Baku Bakı 8°C

Rusiya ekspertlərinin hesabatı: “Bakının yeni imkanları aprel döyüşləri zamanı nümayiş etdirildi”

24.03.18 14:50 533
Rusiya ekspertlərinin  hesabatı: “Bakının yeni imkanları aprel döyüşləri zamanı nümayiş etdirildi”
"Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü getdikcə daha çox nəzərə çarpır”.
Trend-in məlumatına görə, bu barədə RBK Rusiyanın Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin hesabatına istinadən bildirir.
Hesabatda qeyd olunur ki, 2000-ci illərdə neftin qiyməti kəskin qalxdıqdan sonra Azərbaycanın artan gəlirləri hərbi xərcləri çoxaltmağa və ordunu genişləndirməyə imkan verdi. Əgər 2001-ci ildə ölkənin hərbi büdcəsi 300 milyon dollar təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 3,7 milyard dollara çataraq Ermənistanın dövlət büdcəsinə bərabər olmuşdu.
"Military Balance” təşkilatının hesabatına əsasən, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin say tərkibi 126 min nəfərə çatıb.
Eyni zamanda, Ermənistan ordusunun say tərkibi 2002-ci ildən dəyişməz qalır. Ermənistan Silahlı Qüvvələri 45 min nəfərə yaxın hərbçidən ibarətdir.
Hesabatda deyilir: "Neft gəlirlərinin artması Azərbaycan ordusunun geniş miqyasda silahlanmasına imkan verdi. Çoxlu sayda müasir tanklar, zirehli döyüş maşınları, zenit-raket kompleksləri, təyyarələr, helikopterlər, tank əleyhinə idarə olunan raketlər, artilleriya sistemləri, müşahidə qurğuları, pilotsuz uçuş aparatları əldə olundu. Bakının yeni imkanları aprel döyüşləri zamanı nümayiş etdirildi”.
Ekspertlər qeyd edir ki, bu məsələdə daha bir mühüm rolu Ermənistanda demoqrafik böhran oynayır.
Bildirilir ki, əgər demoqrafik tendensiya dəyişməsə, Ermənistan əhalisi 2050-ci ilə qədər 2,7 milyon nəfərə qədər azala bilər. Eyni zamanda, Azərbaycan əhalisi həmin müddətədək 11 milyon nəfər çata bilər.
banner

Oxşar Xəbərlər