• cümə, 26 Aprel, 11:02
  • Baku Bakı 12°C

Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib

25.04.17 12:30 516
Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib
Bu gün Rusiya Federasiyası Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə mayın 15-də davam etdiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəlAPA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: "RusiyaƏdliyyə Nazirliyitərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb.
RusiyaƏdliyyə Nazirliyi"İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib".
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, RusiyaƏdliyyə Nazirliyitəşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
banner

Oxşar Xəbərlər