AZE | RUS | ENG |


Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
"Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.

"Əvvəlcə MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclasını keçirəcəyik. Bundan bir həftə sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edəcək", - L.Kalaşnikov bildirib.

O, həmçinin hazırda hər iki səfərin dəqiq tarixlərinin razılaşdırılması üzrə işlərin getdiyini söyləyib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003