• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

Rusiya Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlir

24.06.18 12:00 324
Rusiya Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlir
Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidentiİlham ƏliyevvəMilli MəclissədriOqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.
banner

Oxşar Xəbərlər