• çərşənbə, 24 Aprel, 08:50
  • Baku Bakı 13°C

Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir

19.06.18 14:34 743
Rusiya Dövlət Dumasının sədri Azərbaycana iki günlük səfərə gəlir
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.
Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti vəMilli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər