• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

Rusiya Dövlət Dumasının Komitə sədri: "Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır"

06.10.17 11:50 762
Rusiya Dövlət Dumasının Komitə sədri: "Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır"
"MDB dövlət başçılarının görüşündən bu təşkilatıirəli aparacaq yeni qərarların qəbul olunmasını gözləyirik".
Bunu "Report"un Rusiya bürosuna Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
Növbəti həftə Soçidə başlayacaq MDB dövlət başçıları sammitini şərh edən rusiyalı parlamentari qeyd edibki, son vaxtlar bu təşkilatyenidən siyasi çəki qazanmağa başlayıb.
Duma komitəsinin sədri, həmçinin postsovet məkanındakı inteqrasiya proseslərində rus dilinin rolunu xüsusi vurğulayıb.
"Dil bizə bir-birimizə daha yaxın olmağa kömək edir. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Dəfələrlə orada olmuşam və rus dilinə verilən önəmi şəxsən görmüşəm. Bu gün səudiyyəlilər bizə gəlirlər. Bəli, bu, yaxşıdır, sərmayələr qoyulur, ölkəmiz neft cənnətlərindəndir və danışmaq üçün ortaq çox şey var. Amma, yenə də Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır", - L.Kalaşnikov bildirib.
banner

Oxşar Xəbərlər