AZE | RUS | ENG |


Rusiya Dövlət Duması Ermənistanla hərbi sazişin ratifikasiyasını nəzərdən keçirəcək

Rusiya Dövlət Duması Ermənistanla hərbi sazişin ratifikasiyasını nəzərdən keçirəcək
Bu gün  Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 16-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişin ratifikasiyasını nəzərdən keçirəcək
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir.
 
Sazişdə qeyd olunur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.  
 
Müqaviləyə əsasən, birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı  birbaşa hücum hazırlığını müəyyənləşdirmək və dəf etmək; hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq; hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək; hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir. 
 
Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.
 
Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur.
 
Beşillik hərbi saziş avtomatik olaraq növbəti 5 il müddətə uzadıla bilər.   
 
"Sazişin reallaşdırılması Rusiyanın maraqlarına tam cavab verir, iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq və federal büdcədən əlavə maliyyə vəsaitlərinin ayrılmasını tələb etməyəcək”, - deyə müşayiətedici sənədlərdə bildirilir.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2597
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6324
SEK 1 İsveç kronu 0.2049
EUR 1 Avro 2.0152
CHF 1 İsveçrə frankı 1.7317
USD 1 ABŞ dolları 1.7001