• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq

29.09.20 11:15 500
Rusiya Dövlət Duması Dağlıq Qarabağa dair bəyanat layihəsinə baxacaq
Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Duması bu gün keçiriləcək iclasda Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar hərbi əməliyyatların dayandırılmasına və münaqişənin sülh yolu ilə həll edilməsi məqsədi ilə vasitəçilik təklifinə dair bəyanat layihəsinə baxacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi tərəfindən hazırlanan bəyanat layihəsinə əsasən, alt palatanın deputatları "Dağlıq Qarabağ münaqişəsi zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını bildirirlər və tərəflərin güc tətbiq etməsini qətiyyətlə pisləyirlər".
Dövlət Duması "dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını" elan etmək niyyətindədir: "Dövlət Dumasının deputatları tərəfləri ən qısa müddətdə danışıqlar prosesinə qayıtmağa çağırırlar və vəziyyətin sabitləşdirilməsu üçün vasitəçilik etməyə hazırdırlar".
banner

Oxşar Xəbərlər