• cümə, 29 Mart, 14:31
  • Baku Bakı 14°C

Rusiya Dövlət Duması ABŞ-a qarşı sanksiya layihəsini birinci oxunuşda qəbul edib

15.05.18 14:50 551
Rusiya Dövlət Duması ABŞ-a qarşı sanksiya layihəsini birinci oxunuşda qəbul edib
ABŞ-a qarşı sanksiya layihəsi Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsi birinci birinci oxunuşda qəbul edilib.
Dumanın plenar iclasında iştirak edən 410 deputatın hamısı yekdilliklə layihənin lehinə səs verib.
Qanun layihəsi ilə eyni vaxtda parlamentarilər Cinayət Məcəlləsinə düzəlişləri də qəbul etmək niyyətindədirlər. Dəyişikliyə əsasən, Rusiya ərazisində xarici dövlətlərin sanksiyasının yerinə yetirilməsinə görə məsuliyyət tətbiq olunur. Qanunu pozan şəxsin 600 min rubla qədər cərimə və 4 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, ABŞ və digər dövlətlərə qarşı sanksiyalar haqqında qanun layihəsi bu ilin aprelində Dumaya daxil olub. Qanun layihəsi ABŞ-ın rusiyalı məmurlara və iş adamlarına (Oleq Deripaska və Viktor Vekselberq) qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirməsindən sonra hazırlanıb.
Sanksiya siyahısına, əsasən, dərmanlar və tibbi texnika daxil edilib.
banner

Oxşar Xəbərlər