• cümə axşamı, 25 aprel, 18:13
  • Baku Bakı 21°C

Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq

25.10.16 17:14 1208
Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında sərxoş olan azarkeşlərlə bağlı ciddi ölçü götürüləcək.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Sovet dönəmində olan "ayıltma evləri” bərpa olunacaq. 11 şəhərdə keçiriləcək futbol qarşılaşmalarında sərxoş azarkeşlər "ayıltma evləri”nə aparılacaq.

"Ayıltma evləri”ndə sərxoş azarkeşlər soyundurulacaq və yatağa bağlanacaq. Ayılandan sonra onlar sərbəst buraxılacaq. Bu səbəb azarkeşlərin təhlükəsizliyi daha ciddi təmin etməkdir.

Qeyd edək ki, bu il Fransada keçirilən Avropa çempionatında rus və ingilis azarkeşlər arasında ciddi münaqişə yaranmışdı.
banner

Oxşar Xəbərlər