• şənbə, 20 Aprel, 01:18
  • Baku Bakı 15°C

Rusiya darmadağın oldu, Türkiyə qalib gəldi

24.03.18 08:55 837
Rusiya darmadağın oldu, Türkiyə qalib gəldi
Dünən milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ən maraq doğuran oyunlardan biri Almaniyanın Düsseldorf şəhərində olub. Burda son iki dünya çempionatının qalibləri - Almaniya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Bu qarşılaşmada heç-heçə qeydə alınıb.
Digər maraq doğuran görüş isə Mançesterdə baş tutub. "Siti of Mançester” stadionunda gözlənilmədən mundialdan kənarda qalan İtaliya və dünya çempionatının favoritlərindən olan Argentina yığmaları üz-üzə gəliblər. Cənubi amerikalılar bu görüşdə inamlı qələbəyə seviniblər.
DÇ-2018-dən kənarda qalmış dünya futbolunun digər nəhəng millisi Hollandiya Amsterdamda, İngiltərə ilə matçda qüvvəsini sınayıb. Qonaqlar səfər matçında minimal hesabla üstün olublar.
Mundiala ev sahibliyi edəcək Rusiya isə doğma meydanda dünya çempionatlarının daimi favoritlərindən Braziliya ilə qarşılaşıb. Şimal qonşularımız darmadağına üzülüblər.
Azəırbaycan yığması isə Bakıda Belarusla qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yükunlaşıb.
Yoldaşlıq oyunları
23 mart
Sinqapur - Maldiv adaları 3:2
Uruqvay – Çexiya 2:0
Mali – Yaponiya 1:1
Azərbaycan - Belarus 0:1
Kipr - Monteneqro 0:0
Finlandiya – Makedoniya 0:0
Rusiya – Braziliya 0:3
Seneqal - Özbəkistan 1:1
Bolqarıstan - Bosniya və Herseqovina 0:1
Qambiya - MAR 1:1
Norveç – Avstraliya 4:1
Türkiyə - İrlandiya 1:0
Yunanıstan - İsveçrə 0:1
Macarıstan – Qazaxıstan 2:3
Tunis – İran 1:0
Ukrayna - Səudiyyə Ərəbistanı 1:1
Serbiya - Mərakeş 1:2
Argentina – İtaliya 2:0
Avstriya - Sloveniya 3:0
Almaniya - İspaniya 1:1
Hollandiya - İngiltərə 0:1
Polşa - Nigeriya 0:1
Portuqaliya - Misir 2:1
Şotlandiya - Kosta-Rika 0:1
Fransa – Kolumbiya 2:3
banner

Oxşar Xəbərlər