• cümə, 26 Aprel, 07:52
  • Baku Bakı 12°C

Rusiya BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək

20.01.18 19:50 435
Rusiya BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək
RusiyaSuriyaya diplomatik dəstək göstərməkdə davam edəcək vəBMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək.
APA-nın xəbərinə görə, bunu "RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.
"BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcəSuriyatələb etməyəcək. Rusiya bu tələbi dəstəkləyəcək vəSuriyaya diplomatik yardım göstərməkdə davam edəcək”, - deyə F.Klinseviç bildirib.
Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatıSuriyanın suverenliyini kobud şəkildə pozur.
Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb.
banner

Oxşar Xəbərlər