• cümə axşamı, 25 aprel, 10:22
  • Baku Bakı 14°C

Rusiya azərbaycanlıları Putinin namizədliyini dəstəkləyirlər

11.12.17 17:48 3271
Rusiya azərbaycanlıları Putinin namizədliyini dəstəkləyirlər
Rusiya azərbaycanlılarıVladimir Putinin növbəti dəfə prezident postuna namizədliyini irəli sürməsi ilə bağlı qərarını dəstəkləyiblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyadakı azərbaycanlı icmaları adından Rusiya prezidentinə göndərilən məktubda qeyd olunub.
"Rusiyadakı azərbaycanlı icmaları adından Sizin qarşıdakı prezident seçkilərində iştirakla bağlı qərarınızı tam dəstəkləyirik. Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan azərbaycanlılar istisnasız olaraq Sizə güvənir və Sizi dəstəkləyir. Məhz sizin ölkəyə rəhbərlik etdiyiniz vaxtda Rusiya nəhəngliyini, siyasi və iqtisadi çiçəklənməsini özünə qaytara bilib", - deyəVladimir Putinə məktubda bildirilir.
Qeyd edək ki, Rusiya prezidentiVladimir Putinə məktubu Rusiyadakı azərbaycanlı icmaları adından akademik Fazil Qurbanov imzalayıb.
banner

Oxşar Xəbərlər