• cümə, 19 Aprel, 19:18
  • Baku Bakı 24°C

Rusiya Azərbaycanlı Gənclər Birliyi Moskvada Novruz şənliyi keçirib

23.03.18 17:32 587
Rusiya Azərbaycanlı Gənclər Birliyi Moskvada Novruz şənliyi keçirib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib. Tədbirdə Rusiyanın nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclər, diaspor təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev gəncləri təşkilatın sədri Leyla Əliyeva adından salamlayaraq onların Novruz bayramını təbrik edib. O, artıq 10 ildən çoxdur ki, məhz Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin Novruz bayramını həmvətənləri ilə birlikdə qeyd etmək imkanının yarandığını söyləyib: "Gənclərimiz vətəndən uzaqda olmalarına baxmayaraq, milli adət-ənənələrimizə sadiq qalır, xalqımızın milli bayramı olan Novruzu birlikdə qeyd edirlər".

Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışan E. Hacıyev iki ölkə arasında gənclər təşkilatları səviyyəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: "AMOR azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayır. Bu gün Novruz bayramı həm vətənimiz Azərbaycanda, həm də Rusiyada yüksək səviyyədə qeyd olunur. Azərbaycan prezidenti dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib. Rusiya prezidentiVladimir Putində bu bayramı qeyd edən Rusiya xalqlarını təbrik edib. Bütün bunlar Novruz bayramının artıq beynəlxalq status aldığının göstəricisidir. Novruz bayramını şərtləndirən əsas ənənələrdən biri insanların bir-birinə mehriban davranışı, yaxınlarına və ehtiyacı olan kəslərə dəstək verməsidir. Həm Vladimir Putinin, həm də İlham Əliyevin təbriklərində bu qeyd olunur. AMOR təşkilatının bütün fəaliyyəti məhz bu ideyalar üzərində qurulub".

Tədbirdə Novruz bayramının atributları olan Kosa və Keçəlin ifasında nömrələr nümayiş olunub. Tədbir Rusiyada fəaliyyət göstərən "Qarabağ" ansamblının və digər gənc istedadların ifasında konsert proqramı ilə davam etdirilib.
banner

Oxşar Xəbərlər