• şənbə, 20 Aprel, 14:39
  • Baku Bakı 23°C

Rusiya Azərbaycandakı seçkilərə münasibətdə mənfi rəyi qəbul etmir

12.04.18 18:59 493
Rusiya Azərbaycandakı seçkilərə münasibətdə mənfi rəyi qəbul etmir
RusiyaXarici İşlər NazirliyiQərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib.

"Bu faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi hələ seçkilərə qədər də müşahidə olunurdu. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də görürük", - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər