• cümə, 29 Mart, 15:38
  • Baku Bakı 14°C

Rusiya Azərbaycana silah satmağa davam edəcək - Roqozin

08.04.16 16:34 664
Rusiya Azərbaycana silah satmağa davam edəcək - Roqozin
Rusiya strateji tərəfdaşı kimi Azərbaycana silah satmağa davam edəcək.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
O bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək.
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə (Azərbaycan və Ermənistan nəzərdə tutulur-red.) strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.
Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, - deyə o, söyləyib.
Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb.
banner

Oxşar Xəbərlər