• cümə axşamı, 25 aprel, 12:45
  • Baku Bakı 23°C

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər

21.04.17 15:45 1159
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
Diplomatik mənbələrdənAPA-nın Moskva müxbirinə verilən məlumata görə,Sergey Lavrov,Elmar Məmmədyarovvə Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
Başqa bir mənbə isəAPA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
Qeyd edək ki,Elmar Məmmədyarovötən ayAPA-ya müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər