• şənbə, 20 Aprel, 14:59
  • Baku Bakı 23°C

Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir

07.12.17 17:32 2439
Rusiya ali məktəblərində Azərbaycana həsr olunmuş guşə fəaliyyət göstərir
Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri "Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. O, konfrans çərçivəsində həmin universitetdə keçirilən QİÇS-ə qarşı Ümumrusiya tədbirinə qatılmışdır. Qeyd edək ki, tədbirdə Rusiya Baş nazirinin xanımı Svetlana Medvedyeva çıxış etmişdir.
RXDU-nun geniş foyesində həmin universitetdə təhsil alan tələbələrin öz ölkələrindən bəhs edən pavilyonları sırasında Azərbaycana aid bölmə də olub. Y.Alxasov orada gənc həmvətənlərimizlə görüşüb, onlara Azərbaycana aid kitablar hədiyyə etmişdir.
Y.Alxasov həmçinin Moskva Dövlət Linqvistik Universitetində (MDLU) olmuş, BSU-nun MDLU-da fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində çıxış etmişdir.
banner

Oxşar Xəbərlər