• şənbə, 20 Aprel, 18:18
  • Baku Bakı 24°C

Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu

25.02.14 16:51 1161
Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu
Rusiya Federal Miqrasiya Xidməti 600 min miqrantın ölkəyə girişinə qadağa qoyub.
APA-nın xəbərinə görə, bu barədə bu gün Rusiya prezidenti ilə görüşü zamanı Rusiya Federal Xidmətinin rəhbəri Konstantin Romodanovski məlumat verib.
K.Romodanovski bildirib ki, həmin şəxslərin əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır.
Ötən il Rusiyaya 17,7 milyon xarici vətəndaşın gəldiyini deyən K.Romodanovski qeyd edib ki, onlardan 12,4 milyonu ölkəyə əmək fəaliyyəti üçün gələnlərdir. Onun sözlərinə görə, miqrantların 40 faizi qanuni, 60 faizi isə qeyri-qanuni işləyir.
K.Romodanovski onu da bildirib ki, rəhbərlik etdiyi qurum əmək miqrasiyası ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflər hazırlayıb. Həmin təkliflərin mart ayında miqrasiya siyasəti üzrə Dövlət Komissiyasında müzakirəyə çıxarılacağı, sonra isə Dövlət Dumasına göndəriləcəyi gözlənilir.
Öz növbəsində V.Putin müvafiq düzəlişlərin geniş ictimai müzakirəsinin vacibliyini önə çəkib. “Bütün bunlar tam sivil qaydada olmalıdır”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər